Qətər Dünya Kubokunun təşkilatçıları alkoqol satışına qadağa qoyacağını elan etməyə hazırlaşır.
Bizimxeber.az xarici KİV-lərə istinadən bildirir ki, açıqlamanın dünya çempionatının başlamasına cəmi iki gün qalmış olacağı gözlənilir.
FİFA-nın tərəfdaşlarından olan Budweiser tvitində “Bu yöndəmsizdir” sözlərini yazıb. Pivə brendi dünyanın ən böyük pivə istehsalçısı Anheuser-Busch InBev-ə məxsusdur. Budweiser, hər oyundan əvvəl və sonra səkkiz stadionun hər birini pivə satmalı idi.
Bu barədə FİFA və Qətərin Ali Komitəsinin rəsmi açıqlama verməyib.
Qeyd edək ki, Dünya Kuboku noyabrın 20-dən dekabrın 18-dək davam edəcək. Körfəz dövləti çox mühafizəkar sayılır və spirtli içkilərin satışını və istifadəsini ciddi şəkildə tənzimləyir.