Qərbdən Ukraynaya daha böyük dəstək - Hava-hava tipli raketlər gəldi...

Ukrayna Ukraynanın Qərb tərəfdaşlarından aviasiya üçün “hava-hava” tipli raketlərin böyük partiyasını alıb.

Bizimxeber.az bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin komandanlığı məlumat yayıb.

"Onlar artıq bizim qırıcılarımızın qanadları altındadırlar. Pilotlar əmin edirlər ki, bütün işğalçılar üçün kifayət qədər olacaq! Ukraynaya şöhrət!", - xəbərdə deyilir.

Həmçinin, Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin komandanlığı anti-Putin koalisiyasının müttəfiqlərinə Ukrayna qoşunlarına güclü dəstəyə görə təşəkkür edib.