"Biz uşaqlarımızı qorumağa borcluyuq və edəcəyik. Uşaqlarımızı deqradasiyadan və degenerasiyadan qoruyacağıq.
Bizimxeber.az bildirir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Federal Məclisdəki çıxışında deyib.
O, Qərbdəki mənəvi fəlakəti, ailənin, mədəni və milli kimliyin dağıdılmasını, təhrif və sui-istifadə hallarını pisləyərək bunun yolverilməz olduğunu açıqlayıb: "Pedofiliyaya qədər uşaqların həyat norması elan edilir və keşişlər eynicinsli nikahlara xeyir-dua verməyə məcbur edilir".