Qərb Britaniya və Fransanın Ukraynaya qoşun yeritmək planını açıqladı

Fransa və Böyük Britaniya öz qoşunlarını Ukraynada atom elektrik stansiyaları və limanların yaxınlığında yerləşdirmək niyyətindədir. 

Bizimxeber.az bildirir ki, qoşunlar ölkənin şərqində döyüş təmas xəttində deyil, şəhərlərdə və mühüm infrastruktur obyektlərində yerləşdiriləcək.

Fransa və Böyük Britaniya arasında aparılan danışıqlar nisbətən kiçik bir qüvvənin, bəlkə də bir neçə on minlərlə insanın göndərilməsini nəzərdə tutur.