Qəbələdə toyda 40 nəfər zəhərləndi - Yenilənib

Qəbələ rayonunda kütləvi zəhərlənmə olub.

Gecə saatlarından etibarən rayonun müxtəlif kəndlərindən olan 40 nəfərə yaxın şəxs zəhərlənmə diaqnozu ilə tibbi xidmətə müraciət edib.

Onların hamısının dünən eyni şadlıq sarayında keçirilən toyda iştirak etdikləri məlum olub. Xəstəxanaya müraciət edənlər arasında azyaşlılar da var. İlkin məlumata görə, sakinlər toyda yedikləri qidadan zəhərləniblər. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

***

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən bildirilib ki, baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Agentliyin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.

Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək.