İki böyük zəlzələdə ən çox ziyan görən yerlərdən biri olan Qaziantepin İslahiye rayonunda qəzalı binaların sökülməsinə başlanılıb.
Bizimxeber.az bildirir ki, uçmaq təhlükəsi ilə üzləşən və təcili sökülməsinə qərar verilən binalar tikinti maşınlarının köməyi ilə nəzarətli şəkildə sökülür. Təhlükəsizlik qüvvələri söküntü işlərinin aparıldığı binaların ətrafında növbə çəkir, insanların söküntü ərazisinə daxil olmasının qarşısı alınır.
Söküləcək binalarda istifadə oluna biləcək əşyaların götürüldüyü, mənzillərin boşaldıldığı görünür.