"Qazaxıstandakı üsyanın təşkilatçıları Rusiyanı zəiflətmək istəyirdilər" - Lukaşenko

"Qazaxıstandakı iğtişaşların təşkilatçıları vəziyyəti zəiflətmək üçün Rusiya perimetri boyunca sabitliyi pozmaq istəyirlər. Bizimxeber.az bildirir ki, bu barədə "Ria Novosti"yə Belarus prezidenti Aleksandr Lukaşenko deyib.

"Üsyan təşkilatçıları əsas müttəfiqimizi zəiflətmək üçün bu Mərkəzi Asiya respublikasındakı vəziyyəti partlatmaq və ümumilikdə Rusiya perimetri boyu vəziyyəti sabitliyi pozmaq niyyətində idilər. Lakin Sülhməramlılar Qazaxıstanda rəngli inqilabı dayandırdılar".