Qazaxıstanda atışma - 5 ölü

Qazaxıstanın Almatı şəhərində atışma nəticəsində 5 nəfər həlak olub. 

Bu barədə məlumatı “Ratel.kz” yayıb.

Məlumata əsasən, məhkəmənin qərarı əsasında evindən çıxarılan 1967-ci il təvəllüdlü sakin əsəblərinə hakim ola bilməyərək ov tüfəngindən polislərə, sahə müfəttişlərinə və məhkəmə icraçılarına atəş açıb. Həlak olanların ikisinin polis olduğu bildirilir.

Həmçinin qeyd olunur ki, silahlı şəxs tərk-silah olunub və saxlanılıb.