Qazaxıstan qəza ilə bağlı Rusiya və Azərbaycana təlimat göndərib

Aktau yaxınlığında qəzaya uğrayan təyyarə ilə bağlı istintaq çərçivəsində Qazaxıstan Rusiya və Azərbaycana beynəlxalq istintaq sifarişləri göndərib.

Bizimxeber.az bildirir kiI bu barədə ölkənin Baş Prokurorluğu məlumat yayıb.

“Faktla bağlı zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. Hüquqi əməkdaşlıq çərçivəsində Azərbaycan Respublikası və Rusiya Federasiyasına beynəlxalq istintaq sifarişləri göndərilib”.

Kreml qeyd edib ki, Rusiya tərəfi  Azərbaycan aviaşirkətinin Qazaxıstanda qəzaya uğramasının səbəblərinin araşdırılmasında bütün lazımi yardımı göstərir.