Qazaxıstan hökuməti istefaya getdi

Qazaxıstanda baş nazir Əlixan Smayilovun rəhbərlik etdiyi hökumət istefa verib.

Qazaxıstan Prezident Administrasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, konstitusiyaya əsasən Nazirlər Kabineti parlamentin Aşağı Palatası (Məclis) qarşısında öz səlahiyyətlərindən imtina edib.

Prosedura əsasən prezident Kasım-Jomart Tokayev yeni baş nazirin namizədliyini Aşağı Palataya təqdim edəcək.