Qazaxıstan da xarici agentlər haqqında qanun qəbul edəcək

Qazaxıstanlı deputatlar respublikada xarici agentlər haqqında qanunun qəbuluna çağırıblar. 

Bizimxeber.az bildirir ki, parlamentarilər bu yolla özlərini ölkənin daxili işlərinə xarici müdaxilədən qorumaq niyyətindədirlər.

Deputatlar bildiriblər ki, illərdir “boz” zonada fəaliyyət göstərən bir sıra qeyri-hökumət təşkilatlarının statusuna yenidən baxmağın, xarici donorlarla oyun qaydalarını yenidən yazmağın vaxtı çatıb. 

Parlamentarilərin fikrincə, xarici sponsorlar siyasi maraqları media dəstəyi, insan haqlarının müdafiəsi və tolerantlığın artırılması kimi ört-basdır edirlər.

Hazırda Qazaxıstanda xaricdən maliyyə alan 200-ə yaxın QHT fəaliyyət göstərir. Üstəlik, vəsaitin 70%-i ABŞ-dan gəlir. Deputatlar USAID-in ölkədə necə işlədiyini də xatırladıblar.