Yessentukidə Kislovodsk-Mineralnıye Vodı qatarını partlatmağı planlaşdıran əcnəbi saxlanılıb.
Bizimxeber.az bildirir ki, FSB əməkdaşları terrorçunun yaşadığı evdə axtarış aparıb və partlayıcı qurğunun hazırlanması üçün komponentlər, kimyəvi maddələr və zərbə elementləri aşkar ediblər.
Orta Asiyadan olan terrorçu hətta ərazinin kəşfiyyatını aparmağa və partlayışı həyata keçirmək üçün yer seçməyə də nail olub.
Hücumdan sonra o, Suriyaya qaçmağı planlaşdırıb.
Lakin təhlükəsizlik qüvvələri oyundan qabaq hərəkətə keçib, ehtimal olunan bombanı törədən şəxsə qarşı “Terror aktı” maddəsi ilə cinayət işi açılıb.
Onu 20 il həbs gözləyir.