Qardaşı arvadı Əsədi “satqın” adlandırdı

Bəşər Əsədin qardaşı arvadı Manal Əsəd instaqram hesabındakı paylaşımı ilə diqqət çəkib.

Bizimxeber.az bildirir ki, sosial şəbəkə hesabında azad Suriya bayrağını paylaşaraq aşağıdakıları yazıb: “Ailəsini, vətənini satan birinin qəzəbinə rəğmən, yaşasın əbədi və azad Suriya!”.