Qaraqalpaqıstanın suverenliyi statusunun saxlandı - Xalq qalib gəldi

Özbəkistan parlamenti konstitusiyaya dəyişikliklər layihəsində Qaraqalpaqıstanın suverenliyi statusunun saxlanılması barədə qərar qəbul edib. 

Bizimxeber.az bildirir ki, bu barədə məlumatı Rusiya mediası yayıb. 

Qeyd edək ki, Qaraqalpaqıstanda xalqın Konstitusiyaya təklif olunan və regionun statusunun dəyişdirilməsini nəzərdə tutan əlavələrdən narazılığı fonunda iğtişaşlar qalxıb.

Kollektiv videomüraciətlərlə başlayan sakinlərin narazılığı iyulun 1-də Nukusun mərkəzində kütləvi nümayişə çevrilib. Çoxlu sayda ölən və yaralananların olduğunu deyilir. 

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev daha sonra Konstitusiyanın Qaraqalpaqıstanla bağlı maddələrini dəyişdirməyəcəklərini bildirib.