Qaraqalpaqda fövqəladə vəziyyət elan olundu

Prezidentin sərəncamı ilə 3 iyul 2022-ci il saat 00:01-dən 2 avqust 2022-ci il saat 00:00-dək Qaraqalpaqıstan Respublikasının ərazisində fövqəladə vəziyyət rejimi tətbiq edilib.

Bizimxeber. az bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb .

Məlumata görə, bu qərar vətəndaşların təhlükəsizliyini təmin etmək, hüquq və azadlıqlarını qorumaq, asayişi bərpa etmək məqsədilə qəbul edilib.

“Özbəkistan 24” telekanalının efirində oxunan fərmanın mətnində deyilir ki, Qaraqalpaqıstan Respublikasında fövqəladə vəziyyət rejimi dövründə saat 21:00-dan 07:00-dək komendant saatı tətbiq edilib.