Qarabağdan gedənlərin 29 mini uşaqdır - UNICEF

Qarabağdan Ermənistana köçmüş ermənilər arasında 29 min uşaq da var.

Bizimxeber.az bildirir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) məlumatında deyilir.

"UNICEF hər gün 300-ə yaxın uşaq və onların valideynlərinin qəbul olunduğu Qoris şəhərində təhlükəsiz məkan yaradıb. Mərkəz uşaqlar üçün oyun meydançası, ən ciddi problemlərin həlli üçün pediatriya dəstəyi təklif edir". bəyanatda deyilir.