Qarabağdan Ermənistana gedənlərin sənədləri etibarsız kağız parçasıdır

Bəzi səfirliklər Qarabağdan olan ermənilərə viza verməkdən imtina edir.

Bu barədə qondarma ombudsman Qeqam Stepanyan yazıb.

“Ermənistanda yerləşən bir sıra ölkələrin (əsasən Avropa) səfirlikləri Qarabağdan olan ermənilərə viza verməkdən imtina edirlər" -deə o bildirib.

Onun sözlərinə görə, səfirliklərin imtinası onunla izah olunur ki, 070 kodlu pasport Ermənistan vətəndaşlığını təsdiq edən sənəd hesab edilmir. 

Bu o deməkdir ki, onların əlində olan sənəd qanuni deyil və heç bir ölkə tərəfindən tanınmır.