Qarabağdakı separatçı rejim özünü buraxdığını elan etdi

Azərbaycanın Qarabağ bölgəsindəki qondarma qurum özünü buraxdığını elan edib. 

Separatçıların “rəhbər”i Samvel Şahramanyan bununla bağlı “sərəncam” imzalayıb. “2024-cü ilin yanvarın 1-nə qədər bütün dövlət təşkilatları və müəssisələri buraxılır və Dağlıq Qarabağ Respublikası öz mövcudluğunu dayandırır”, - deyə məlumatda qeyd olunub.

Bildirilir ki, Qarabağ əhalisi, o cümlədən “respublika”dan kənarda olan sakinlər “sərəncam” qüvvəyə mindikdən sonra gələcəkdə bölgəyə qayıtmağın mümkünlüyü barədə müstəqil və fərdi qərar qəbul etmək məqsədi ilə Azərbaycan Respublikasının təqdim etdiyi reinteqrasiya şərtləri ilə tanış ola bilərlər.

“Sərəncam” dərc olunduqdan dərhal sonra qüvvəyə minir.