Qarabağdakı Rusiya sülhməramlılarına yeni komandanı Kosobokov oldu

General-mayor Mixail Kosobokov Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandanı təyin olunub. 

Bizimxeber.az bildirir ki, o, bu postda general-leytenant Rüstəm Muradovu əvəz edib.

Bu gün yeni komandan Ermənistana səfər edib.

M. Kosobokov Rusiyanın Ermənistandakı 102-ci bazasının komandiri, polkovnik Dmitri Ovçarovla birlikdə Ermənistanın müdafiə naziri Arşak Karapetyanın qəbulunda olub.