Qalmaqallı “Riyad” şəbəkəsinin rəhbəri İlham Məmmədov həbs edilib

Uzun illərdir adı mətbuatda qalmaqallı hadisələrdə, insanlara hücumlar və digər çoxsaylı qanunsuz hərəkətləri, habelə sahibkarlara qarşı dələduz əməlləri ilə daxili və xarici mətbuatda məşhur olan “Riyad” Ticarət Mərkəzinin də daxil oldiğu “Riyad” şəbəkəsinin rəhbəri İlham Məmmədov həbs edilib.

Bizimxeber.az Bakuform.com-a  istinadən bildirir ki, həbs olunan İ.Məmmədov hazırda Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) istintaq təcridxanasında saxlanılır.

Qeyd olunur ki, istintaqa dəvət olunan şəxslərə İ.Məmmədovun pulla gətirdiyi xarici kriminal şəxslər barədə suallar verilir, cavablar toplanır. İstintaqın gedişi ilə bağlı ətraflı məlumatlar ictimayətə təqdim ediləcək. /Bakuform.com/