Pxenyan ABŞ-ı dağıdıcı, G7 ölkələrini kölə adlandırdı

G7 ölkə liderləri tərəfindən Şimali Koreyanın qeyri-qanuni ballistik raket sınaqları şiddətlə pisləndikdən sonra Pxenyandan sərt açlıqlama gəlib.

Bizimxeber.az xarici mətbuata istinadən bildirir ki, Pxenyan G7-ni Birləşmiş Ştatlar və Yaponiya da daxil olmaqla, az sayda dövlətin maraqlarını təmsil edən qrup kimi hesab edir.

“Özünümüdafiə qabiliyyətimizi gücləndirmək üçün atdığımız addım dünyanın ən böyük nüvə silahına malik dövləti olan və dünyanı məhv edən ABŞ-ın təhlükəsinə qarşı dövlətimizin hüquq və maraqlarını müdafiə etmək üçün özünümüdafiə hüququndan ağlabatan və qanuni istifadə etməkdir. Başqalarının nə deməsindən asılı olmayaraq, dövlətimizin şərəf və hüquqlarını müdafiə etməkdə geri çəkilməyəcəyik” -deyə açıqlamada bildirilir.

Keçən həftə yayımlanan birgə bəyanatda G7 ölkələrinin liderləri Şimali Koreyanın “qeyri-qanuni” ballistik raket sınaqlarına cavab olaraq Pxenyana qarşı Birləşmiş Millətlər Təşkilatının (BMT) sanksiyalarını tam şəkildə həyata keçirməyə,  Şimali Koreyanın kütləvi silahlarını dayandırmağa çağırıblar.