ABŞ prezidenti Donald Trampla rusiyalı həmkarı Vladimir Putini Səudiyyə Ərəbistanında görüşəcək.
Bizimxeber.az bildirir ki, bu barədə Tramp özü Moskvanın Ukraynaya genişmiqyaslı işğalına son verməyi müzakirə etdiyi Putinlə təxminən 90 dəqiqəlik telefon danışığından sonra deyib.
“Son nəticədə görüşməyi gözləyirik. Əslində, biz onun bura gələcəyini gözləyirik, mən də ora gedəcəm və yəqin ki, ilk dəfə Səudiyyə Ərəbistanında da görüşəcəyik, Səudiyyə Ərəbistanında görüşəcəyik, görək nəsə edə biləcəyik?" deyə Tramp jurnalistlərə bildirib.