Rusiya lideri Vladimir Putin Suriyadakı vəziyyətlə bağlı hələlik İran və Türkiyə rəhbərliyi ilə yüksək səviyyəli təmaslar planlaşdırmır.
Bizimxeber.az bildirir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Nazirlər məlumat verdilər. Hələ ki, ən yüksək səviyyədə söhbət yoxdur”, - Kreml nümayəndəsi bildirib. Dmitri Peskov bildirib ki, Rusiya Suriyada baş verənləri diqqətlə izləyir.