Lvovun Lıçakovski Rayon Məhkəməsi Putinin ukraynada həbs edilən ən yaxın adamı Viktor Medvedçukun həbs müddətini uzadıb. O, ən azı sentyabrın 19-dək həbsdə qalacaq.
Bizimxeber.az bildirir ki, bu barədə "RBC-Ukrayna" məlumat yayıb.
“Dünən, Lvov şəhərinin Lıçakovski Rayon Məhkəməsinin müstəntiq hakimi Baş Prokurorluğun prokurorunun vəsatətini təmin edib və əsaslı hesab edilən Medvedçuk V.V.-nin girov məbləğini müəyyən etmədən həbs müddətini uzadıb.
Xatırladaq ki, 2021-ci ildə deputat Viktor Medvedçuka bir neçə şübhə elan edilib, xüsusilə, dövlətə xəyanətdə və qondarma “LDNR” ilə əməkdaşlıq. Medvedçuk Ukraynada genişmiqyaslı müharibə başlamazdan əvvəl o, ev dustaqlığında idi və hərbi əməliyyatlar başlayandan dərhal sonra qaçmağa cəhd edərkən həbs olunub.