Putinin sabah bütün dünyaya müracəti olacaq - Peskov açıqladı

Rusiya prezidenti Vladimir Putin sabah Böyük Kreml Sarayının Georgiyevski zalında yeni ərazilərin Rusiyaya daxil olmasına dair müqavilələrin imzalanması mərasimində geniş çıxış edəcək. 

Bizimxeber.az "İnterfaks"a istinadən bildirir ki, bu barədə Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov açıqlama verib. 

O vurğulayıb ki, bu, prezidentin Federal Məclisə mesajı deyil: “Çaşdırılmamaq çox vacibdir, bu fərqli formatdır. Prezidentin müraciəti daha sonra olacaq, biz bu barədə sizə vaxtında məlumat verəcəyik”, – Peskov söz verib.

Kreml sözçüsü əlavə edib ki, mərasim çərçivəsində Putin Donetsk və Luqansk Xalq Respublikalarının rəhbərləri, habelə Rusiyaya birləşməklə bağlı referendumların keçirildiyi Xerson və Zaporojye vilayətlərinin rəhbərləri ilə görüşəcək.

Peskov əlavə edib ki, Putin Rusiya tərəfinin ölkəyə qoşulmasını xahiş edən ərazilərin liderləri ilə dörd müqavilə imzalayacaq.