Putinin nüvə açıqlaması BMT və Avropa İttifaqını narahat edib - Təcili toplanırlar

Rusiya prezidenti Vladimir Putinin qismən səfərbərlik sərəncamı və ardınca nüvə silhanda istifadə açıqlaması BMT və Aİ ölkələrini hərəkətə gətirib.

Bizimxeber.az bildirir ki, BMT və Avropa İttifaqının xarici işlər nazirləri Putinin minlərlə rusiyalının Ukraynada döyüşmək üçün səfərbər edilməsi əmrindən sonra yeni sanksiyalar və Kiyevə silah tədarükü ilə bağlı müzakirələr aparmaq üçün çərşənbə günü təcili görüşəcəklər. Bu barədə "Reuters" məlumat yayıb.

Qeyd edək ki, blokun 27 xarici işlər naziri dünya liderlərinin Birləşmiş Millətlər Təşkilatında illik toplantısı üçün Nyu Yorkdadır.

Aİ-nin xarici siyasət üzrə komissarı Josep Borrell deyib ki, Putinin Ukrayna ərazilərinin ilhaqına dair hərəkətləri və Rusiyanı müdafiə etmək üçün nüvə silahından istifadə təhdidini ehtiva edən açıqlaması çaxnaşma və çarəsizlik kimi qiymətləndirilməlidir.