Putinin neçə yüksək dəqiqlikli uzaqmənzilli raketi qalıb? - 1844 raket atılıb

"Rusiya artıq dəqiq idarə olunan raket ehtiyatlarının üçdə ikisindən çoxunu istifadə edib".

Bizimxeber.az bildirir ki, bu barədə Müdafiə naziri Aleksey Reznikov Telegram -da məlumat verib.

Eyni zamanda o, düşmənin yüksək dəqiqlikli uzaqmənzilli raketlərdən istifadə etməsi ilə bağlı statistik rəqəmlərə istinad edib: 1844 raket Rusiya tərəfindən istifadə olunub, 609-u qalıb.

"Ukraynadakı mülki hədəflərə qarşı yüzlərlə yüksək dəqiqlikli raketlərdən istifadə etməklə təcavüzkar dövlət hərbi hədəfləri məğlub etmək imkanlarını azaldır. İki nəticə: Rusiyanın hərbi məğlubiyyəti qaçılmazdır; Rusiya terrorçu dövlətdir", - Reznikov yazıb.