Putini Monqolustanda həbs edə bilməzlər - Peskov

Kreml Monqolustanın Beynəlxalq Cinayət Məhkəməsində iştirakından narahat deyil.

Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Vladimir Putinin sentyabrın 3-də Monqolustana rəsmi səfəri ilə bağlı danışarkən deyib.

Peskov bu səfərin bütün aspektlərinin diqqətlə hazırlandığını vurğulayıb: 

“Narahatlıq yoxdur, Monqolustanda olan dostlarımızla gözəl dialoqumuz var”