Ötən ilin martında Rusiya ilə Ukrayna arasında aparılan danışıqlar Qərb ölkələrinin təşəbbüsü ilə kəsilib.
Bizimxeber.az bildirir ki, bunu jurnalist Hanok Daumla müsahibəsində Moskva ilə Kiyev arasında təmaslarda vasitəçi kimi çıxış etmiş İsrailin keçmiş baş naziri Naftali Bennet deyib.
Keçmiş baş nazirin sözlərinə görə, danışıqlar prosesini dayandırmaq qərarı düzgün idi. Bennetin deyib ki, Rusiya ilə Ukrayna arasında danışıqlarda İsraildən başqa ABŞ, Böyük Britaniya, Almaniya və Fransa da iştirak edib.
Eyni zamanda, bu ölkələrin liderləri Moskvaya münasibətdə müxtəlif strategiyalara riayət edirdilər. Bununla belə, danışıqlarda iştirak edən ölkələr ümumilikdə 17-18-i hazırlanmış sülh sazişinin layihələrini mübadilə etməyə başlayanda Qərbin təşəbbüsü ilə danışıqlar dayandırıldı.
“Qərb tamamilə qanuni bir qərar verdi ki, danışıqlara deyil, Putini darmadağın etməyə davam etmək lazımdır", - deyə o bildirib.