Putindən Trampa dəstək - "Onun səmiyyətinə inanıram"

"Düşmənə öz mövqeyini yaxşılaşdırmaq üçün atəşkəsdən istifadə etməyə imkan vermək olmaz".

Bizimxeber.az bildirir ki, bunu Vladimir Putin deyib.

“Biz imkan verə bilmərik ki, düşmən öz mövqeyini yaxşılaşdırmaq, yenidən silahlanmaq, məcburi səfərbərlik yolu ilə ordusunu tamamlamaq və silahlı münaqişəni davam etdirməyə hazır olmaq üçün bu atəşkəsdən istifadə etsin”.

O qeyd edib ki, Rusiya qarşı tərəfin müəyyən müsbət addımlar atacağı ümidi ilə sadəcə olaraq atəşkəs elan edə bilməz

"Əsas sual Trampın qarşıya qoyulan tapşırıqları necə dəqiq həll edəcəyidir.  ABŞ prezidentliyinə namizədin sözlərinin səmimiliyinə şübhə etmirəm".