Putindən Ərdoğana daha bir pas - Yeni qaz kəməri sistemi yaradılır?

Rusiya prezidenti Vladimir Putin Astanada türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşüb.

O, bəyan edib ki, Ankara bu ideyanı dəstəkləyərsə, Rusiya başqa qaz kəməri sisteminin yaradılması və Türkiyədə qaz qovşağının yaradılması imkanlarını nəzərdən keçirməyə hazırdır. O, Türkiyəni Avropaya qaz nəqli üçün ən etibarlı marşrut adlandırıb.

Putinin sözlərinə görə, Türkiyədə mümkün qaz qovşağı qazın qiymətini “normal bazar səviyyəsində” müəyyən etmək üçün platformaya çevrilə bilər: "Birlikdə yarada biləcəyimiz bu qovşağın işi zamanı, əlbəttə ki, o, təkcə tədarük üçün deyil, həm də qiymətlərin müəyyənləşdirilməsi üçün platforma olardı, çünki bu, çox vacib məsələdir" - deyə Putin deyib.