Putin yenilənmiş nüvə doktrinasını imzaladı

Vladimir Putin Rusiya nüvə silahından istifadə şərtlərini genişləndirən yenilənmiş nüvə doktrinasını imzalayıb.

Bizimxeber.az bildirir ki, sənəd artıq dərc olunub.

Putin noyabrın 19-da doktrinanın yenilənməsi haqqında fərman imzalayıb. “Nüvə qarşısının alınması sahəsində dövlət siyasətinin əsasları” adlı sənəd nüvə silahının Rusiyanın suverenliyini qorumaq üçün “son çarə” olması ilə bağlı əsas prinsipi nəzərdə tutur. 

Yenilənmiş sənəddə bildirilir ki, Rusiya nüvə dövlətinin “iştirakı və ya dəstəyi ilə” qeyri-nüvə dövlətinin təcavüzünü Rusiyaya birgə hücum kimi qiymətləndirəcək.

Yeni doktrina suverenlik üçün "kritik təhlükə" olduqda, hətta adi silahlardan istifadə halında, həmçinin Birlik dövləti kimi Belarusiyaya hücum halında, Rusiyanın nüvə reaksiyasına imkan verir. "Hava-kosmik hücum vasitələrinin (strateji və taktiki aviasiya, qanadlı raketlər, pilotsuz, hipersəs və digər təyyarələr) kütləvi şəkildə qalxması və onların Rusiya sərhədini keçməsi barədə etibarlı məlumat olduqda".

Rusiya nüvə doktrinasına sonuncu dəfə 2020-ci ilin iyununda düzəliş edib, 10 il əvvəl qəbul edilmiş oxşar sənədi əvəz edib. 

Xatırladaq ki, 2024-cü il sentyabrın sonunda Kreml rəhbəri Rusiyanın nüvə silahından istifadə etməyə hazır olduğu  şərtləri genişləndirəcəyini bildirmişdi.