Putin Vyetnama getdi

Rusiya Prezidenti Vladimir Putin Şimali Koreyadan sonra Vyetnama səfər edib. 

Bizimxeber.az bildirir ki, bu barədə Rusiya mətbuatında məlumat yayılıb.

Bildirilib ki, Putinin təyyarəsi paytaxt Hanoyda eniş edib. Səfərin iki gün baş tutacağı gözlənilir. 

Qeyd edək ki, verilən məlumata görə, Putin Vyetnamda Rusiyanın dəstəyi ilə tikilən nüvə elmi və texnologiyası mərkəzinin açılışında iştirsak edəcək.