Putin və Tramp bu ay görüşəcək - Kreml açıqladı

Kreml ABŞ prezidenti Donald Tramp və Rusiya lideri Vladimir Putin arasında görüşün fevralın sonuna qədər baş tuta biləcəyini istisna etməyib.

Bizimxeber.az bildirir ki, bu barədə Putinin mətbuat katibi Dmitri Peskov məlumat verib. 

Eyni zamanda Peskov etiraf edib ki, Putin və Tramp arasında 2021-ci ildən bəri ilk şəxsi görüşə hazırlıq daha çox vaxt apara bilər. Putinlə Tramp arasında görüşün bu ay baş tutub-tutmayacağı ilə bağlı suala Peskov belə cavab verib: "Bəlkə də. Bəlkə də yox".