Rusiya və Belarus prezidentləri Vladimir Putin və Aleksandr Lukaşenkonun Soçidə görüşür.
Bizimxeber.az bildirir ki, görüş qeyri-rəsmi şəraitdə keçirilir.
Kremldən verilən məlumata görə, müzakirə mövzuları inteqrasiya, idxalın əvəzlənməsi, eləcə də beynəlxalq və regional gündəm məsələləri olacaq.
Prezidentlər KTMT -nin mayın 16-da Moskvada keçirilən sammiti çərçivəsində genişmiqyaslı görüş barədə razılığa gəliblər.