"Putin Ukraynada məğlub olub" - Stoltenberq

Rusiya döyüş meydanında uduzduğu üçün Ukrayna şəhərlərinə və mülki infrastruktura zərbələr endirir. 

Bizimxeber.az bildirir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq bildirib.

"Putin Ukraynada məğlub olur və daha qəddarlıqla reaksiya verir. Şəhərlərə və mülki infrastruktura raket hücumları ukraynalıları istilikdən və yeməkdən məhrum edir. Bu, Ukrayna üçün qışa dəhşətli başlanğıcdır".

Stoltenberqin sözlərinə görə, "bu, Rusiyanın təcavüzkar olduğu və Ukraynanın özünü müdafiə etdiyi müharibədir", "təcavüzkar və avtokratiya qalib gəlsə, sülh olmayacaq".