Rusiyanın Ukrayna infrastrukturuna qarşı son hücumu Rusiyanın danışıqlara girmək istəmədiyini nümayiş etdirir.
Bizimxeber.az bildirir ki, bu barədə Almaniyanın Ukraynadakı səfiri Martin Jaeger deyib.
Onun sözlərinə görə, Rusiya öz hərəkətləri ilə eskalasiyanı seçdiyini sübut edir.
"Bu səhər Rusiya Ukraynanın enerji sisteminə hücum edib. Bu, 2022-ci ilin fevralından bəri ən güclü raket hücumlarından biridir. Prezident Putin Ukraynanın mülki əhalisinə qarşı müharibə aparır. Rusiya danışıqları yox, eskalasiyanı seçir", - Yeqer yazıb.
Səfirlərin bəyanatları Almaniya kansleri Olaf Şolzun Vladimir Putinə zəngindən sonra verilib.