"Rusiya lideri Vladimir Putin indi Şimali Atlantika Alyansına hücum etsə, qaçılmaz məğlubiyyətlə üzləşəcək, lakin bir neçə ildən sonra Rusiya daha böyük təhlükə yarada bilər".
Bizimxeber.az bildirir ki, bu barədə NATO-nun baş katibi Mark Rutte deyib.
Baş katib deyib ki, Alyans ölkələri Rusiyanın NATO ölkələrinə mümkün hücumu ilə bağlı müxtəlif kəşfiyyat qurumlarının xəbərdarlıqlarına ciddi yanaşmalıdır. Eyni zamanda o, əmin edib ki, Rusiya bu gün Alyansa hücum etsə, məğlubiyyətlə üzləşəcək: "Əgər Putin NATO-ya hücum etsə, reaksiya dağıdıcı olacaq. O, uduzacaq... Caydırıcılıq və müdafiə çox güclüdür", - Rutte bildirib.