Rusiya Prezidenti Vladimir Putinlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.
Bizimxeber.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.
Tərəflər tezliklə görüşmək və ikitərəfli gündəliyi müzakirə etmək barədə razılığa gəliblər.
Rusiya lideri Ermənistan hökumətinin rəhbərinə 18-19 avqust tarixlərində baş tutan Azərbaycana səfərinin yekunları barədə məlumat verib, Paşinyan Putinə təşəkkür edib.