Putin Paşinyanın ad gününü telefon açaraq təbrik edib

İyunun 1-də Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.

Bizimxeber.az bildirir ki, bu barədə Putinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, Rusiya dövlət başçısı Ermənistanın baş nazirini ad günü münasibətilə təbrik edib.

“Nikol Paşinyan təbrikinə və xoş arzularına, habelə Rusiya Dəmir Yollarına Lori vilayətində baş vermiş daşqın nəticəsində dəmir yolunun dağılmış hissələrinin tezliklə bərpası ilə bağlı verdiyi göstərişə görə Rusiya Federasiyasının Prezidentinə təşəkkür edib, - deyə məlumatda deyilir.