Putin özünü təcrid etdi, Rəisi ilə görüş təxirə düşdü - Yenilənib

Rusiya Prezidenti Vladimir Putin özünütəcrid rejiminə keçib. Bizimxeber.az bildirir ki, bu barədə məlumatı Kreml yayıb. Bildirilir ki, Putinin ətrafında koronavirusa yoluxma halları aşkar olunub və bu səbəbdən o, özünü təcrid etmək qərarına gəlib.

Bununla yanaşı, qeyd olunur ki, V. Putin karantində olduğundan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının və Şanxay Əməkdaşlıq Təşkilatının zirvə görüşlərinə videoformatda qatılacaq.

Putinin karantində nə qədər qalacağı barədə hələ məlumat verilməyib. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, Vladimir Putin özünü yaxşı hiss edir.

***

Rusiya Prezidenti Vladimir Putin və İran Prezidenti İbrahim Rəisi arasında planlaşdırılan görüş Putinin özünü təcrid etməsi səbəbindən təxirə salınıb. Bu barədə məlumatı Putinin mətbuat katibi Dmitri Peskov açıqlayıb.

Peskov həmçinin qeyd edib ki, Putin ikitərəfli görüşləri videoformatda keçirməyəcək.