"Putin müharibəni dayandırmaq istəyir" - Tramp

ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinin Ukraynaya qarşı müharibəyə son qoymaq istədiyini açıqlayıb.

Bizimxeber.az bildirir ki, bu barədə "The Hill" məlumat yayıb. "Düşünürəm ki, o, müharibəni dayandırmaq istəyir. Uzun və sərt danışdıq", - Tramp deyib. 

Eyni zamanda, ABŞ prezidenti Rusiyanın böyük hərbi gücünü vurğulayaraq, onun Hitler və Napoleon üzərində tarixi qələbələrini xatırlayıb.

Trampdan Putinin Ukraynadan kənara çıxan ambisiyaları ilə bağlı soruşulub: "Düşünürəm ki, o, dayanmaq istəyir. Bu, ona sualım idi. Çünki o, davam etsə, bu, bizim üçün böyük problem olacaq və mənim üçün böyük problem yaradacaq". 

Tramp qeyd edib ki, Ukrayna prezidenti Vladimir Zelenski də “buna son qoymaq istəyir”.