Putin miqrantları deportasiyadan qoruyan qanun imzaladı - Nələr gözlənilir?

Putin əcnəbi işçiləri deportasiyadan qoruyan qanun imzalayıb. 

Bizimxeber.az rusiya KİV-ə istinadən xəbər verir ki, Rusiyada qeyri-leqal miqrantlar Müdafiə Nazirliyi ilə müqavilə bağladıqları və hərbi xidmətə getdikləri təqdirdə deportasiya prosedurlarına məruz qalmayacaqlar. 

Sənəddə o da qeyd olunur ki, müqavilə ilə işləyən xarici vətəndaşların Rusiyada müvəqqəti qalma müddəti azaldıla bilməz. Onların ölkədə qalması arzuolunmaz sayıla bilməz.

Rusiya prezidentinin fərmanında qeyd olunur ki, ona görə Rusiyada qeyri-qanuni qalan miqrantlar aprelin 30-dək ya özbaşına ölkəni tərk etməli, ya da hüquqi vəziyyətini tənzimləməlidirlər.