Ukraynada hərbi münaqişə başlayanda Rusiya prezidenti Vladimir Putin İsrailin keçmiş baş naziri Naftali Bennettə Ukrayna lideri Vladimir Zelenskini öldürməyəcəyinə söz verib.
Bizimxeber.az bildirir ki, bu barədə Bennetin özü deyib.
"Ukraynanın denazifikasiyası tələbi əvvəllər Rusiya tərəfindən irəli sürülüb, görünür, Ukrayna dövlətinin başçısının dəyişilməsi ilə bağlı idi. Həmin anda Zelenski əmin idi ki, onun günlərinə az qalıb, öldürüləcək".
Bununla belə, martın 5-də Bennett Putinlə görüşəndə onu əmin edib ki, Zelenskini öldürmək niyyətində deyil, keçmiş baş nazir deyib.
“Putin denazifikasiyadan imtina etdi. Yəni, Zelenskinin məhv edilməsindən. Zelenskinin təhdid altında olduğunu bilirdim. O, heç kimin bilmədiyi bunkerdə gizlənirdi. Putindən soruşdum: “Mənə deyin, Zelenskini öldürəcəksinizmi? “Mən Zelenskini öldürməyəcəyəm”. Sonra ona dedim: "Aydınlaşdırmaq istəyirəm, sən mənə Zelenskini öldürməyəcəyinə söz verirsən?" O, “Mən Zelenskini öldürməyəcəyəm” cavabını verib, Bennett Putinlə söhbətin təfərrüatlarını açıqlayıb.
Bundan sonra Bennet Zelenskiyə zəng edərək ona deyib ki, Putin onu öldürmək fikrində deyil: “Zelenski soruşur: “Əminsənmi? Mən: Yüz faiz. O səni öldürməyəcək”. Bu söhbətdən iki saat sonra Zelenski kabinetinə qayıdıb və kabinetində video çəkib, paylaşdı".
Bennettin sözlərinə görə, ilkin olaraq danışıqlar zamanı Zelenski Ukraynanın NATO-ya üzv olmaqdan imtina etməsi və bitərəf qalması ilə razılaşmağa hazır idi. Eyni zamanda, Kiyev ABŞ, Fransa və digər ölkələrdən Ukrayna üçün təhlükəsizlik zəmanəti tələb edib.
"Rusiya bunun əleyhinə idi, çünki o, zəmanətləri müttəfiqlik hesab edirdi” və “mahiyyətcə NATO-dan heç bir fərqi yoxdur” dedi.