Putin Lukaşenko ilə görüşə gedir

Rusiya Prezidenti Vladimir Putin 23-24 may tarixlərində həmkarı Aleksandr Lukaşenkonun dəvəti ilə Belarusa səfər edəcək.

Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, görüşdə strateji tərəfdaşlıq və müttəfiqliyin aktual məsələlərinin, eləcə də beynəlxalq gündəliyin əsas mövzularının müzakirəsi planlaşdırılır.