Putin Kurska gedib - VİDEO

Kreml rəhbəri Vladimir Putin Kursk qrupunun komanda məntəqələrindən birinə gəlib.

Bizimxeber.az bildirir ki, bu barədə Rusiya mediası və Telegram kanalları məlumat yayıb.

Putin hərbçilərlə görüş keçirib və “düşməni nəhayət, Kursk vilayətində məğlub etmək və yaxın vaxtlarda ərazini tamamilə azad etmək” əmri verib.

Forbes bəyan edib ki, Ukrayna ordusunun ən döyüşə hazır briqadaları da daxil olmaqla, Ukrayna qüvvələrinin əsas hissəsi, çox güman ki, Kurskdan sərhədin Ukrayna tərəfinə çəkilib.