Putin haqqında həbs qərarının olduğu ölkəyə gedir

Rusiya Prezidenti Vladimir Putin sentyabrın 3-də Monqolustana səfər edəcək.

Bizimxeber.az xəbər verir ki, bu barədə Kreml məlumat yayıb. 

Bildirilib ki, Rusiya liderinin rəsmi səfəri Monqolustan Prezidenti Uxnaaqiyn Xurelsuxun dəvəti ilə baş tutacaq.

Qeyd edək ki, Monqolustan Roma Statutunu imzalayan ölkələr sırasındadır. Buna əsasən, Ulan-Bator Beynəlxalq Cinayət Məhkəməsi ilə əməkdaşlıq edir. Bura isə 2023-cü ildə Putin həbsinə order verib. Ona görə də Monqolustana gedəcək Putinin rəsmi olaraq həbs olunma təhlükəsi mövcud olacaq.