Putin gərginliyi azaltmaq üçün səylər göstərir - Peskov

Rusiya prezidenti Vladimir Putin Ermənistan sərhədində gərginliyi azaltmaq üçün səylər göstərir. Bizimxeber.az bildirir ki, bu barədə jurnalistlərə Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib. 

"Təbii ki, Rusiya Federasiyasının rolunu, şəxsən Putinin rolunu yüksək qiymətləndirmək çətindir. Prezident sərhəddə gərginliyin azaldılmasına kömək etmək üçün bütün səylərini göstərir. Bu səylər davam edir", - Peskov jurnalistlərə bildirib.