Putin: "Boksçu olmaq istəyirdim"

Rusiya Federasiyasının prezidenti Vladimir Putin idman karyerası haqda danışarkən maraqlı fikirlər səsləndirib. 

Ölkə başçısı "Eurosport"a açıqlamasında boksdan cüdoya keçməsinin səbəbini izah edib. 68 yaşlı prezident həvəskar boksçu olmağa daha çox üstünlük verdiyini bildirib: "İdmana boksçu olaraq başlamaq istəyirdim. Üçüncü və ya dördüncü məşq zamanı burnum sındı. Heç bir həkimə getmədim. Amma burnuma barmaqla belə toxunmaq mümkün deyildi, şişmişdi. Sağalandan sonra cüdo ilə məşğul olmağa qərar verdim”.

Xatırladaq ki, Vladimir Putin sambo (1973) və cüdo (1975) üzrə idman ustası, cüdo üzrə Leninqrad çempionu (1976), sambo üzrə Rusiyanın əməkdar məşqçisidir (1998).