Rusiya prezidenti Vladimir Putin Krım körpüsündə olub və baş nazirin müavini Marat Xusnullin ona təmir işləri barədə məlumat verib.
Bizimxeber.az bildirir ki, o,özü sükan arxasına keçərək avtomobili şəxsən körpüdən sürüb. Qeyd edək ki, Krım körpüsünün yol hissəsinin sağ tərəfində hərəkət bu gündən bərpa edilib.
Oktyabrın 8-də səhər saatlarında Krım körpüsündə yük maşını partlayıb. Bu, yanacaq relsi çənlərinin yanmasına və körpünün iki avtomobil hissəsinin qismən dağılmasına səbəb olub.